Sosial şəbəkədə biz:

İran prezidenti Şahin Mustafayevi qəbul etdi

İran prezidenti Məsud Pezeşkian Şahin Mustafayevlə danışıqlar aparıb.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, o, iki ölkənin tarixi və mədəni ortaqlığına toxunaraq bildirib:

“Siz bizim qardaşlarımızsınız və iki ölkə arasında əlaqələrin genişləndirilməsi bizim üçün çox dəyərlidir”.

M. Pezeşkian Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətlə yanaşdığını vurğulayıb: "Biz hesab edirik ki, heç bir ölkənin suverenliyinə laqeyd yanaşmaq olmaz, gəlin təhlükəsizliklə bağlı məsələləri həll edək və bu, İslam Respublikasının həmişə vurğuladığı əsas siyasətidir".

İran prezident, həmçinin iki ölkə arasında anlaşmaların həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyinə toxunub:

“Digər qonşu dövlətlərin və regionun İslam ölkələrinin rəsmiləri ilə görüşdə vurğuladım kimi, imkan yaratmalıyıq insanlar arasında ünsiyyət və mübadilə asanlaşsın. Bu baxımdan biz İslam ölkələri arasında əlaqələri daha da inkişaf etdirən bütün layihələri alqışlayırıq.

Təhlükəsizliyi gücləndirmək və təşviq etmək, ölkələr arasında sülh və rabitə yaratmaq üçündür, sərhədlərdə divar hörməyə ehtiyac yoxdur. İslam ölkələrinin bazarları bir-birinə açıq olmalı və iş adamları asanlıqla birlikdə çalışmalıdırlar”.

Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafa da ölkəsinin İranla əlaqələri genişləndirməyə hazır olduğunu bildirib və əlavə edib:

"Azərbaycan Prezidenti adından İranla iqtisadi sahədə əlaqələri genişləndirmək istədiyimi elan edirəm. Biz ticarət, enerji və mədəni mübadilə xətləri, tranzit yollarının tamamlanması və inkişafı, habelə təhlükəsizlik və müdafiə sahəsində İranla əlaqələrimizə böyük əhəmiyyət veririk".


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol