Sosial şəbəkədə biz:

Azərbaycanda müəllim səhv diaqnoza görə vəfat etdi - FOTO

Göyçay şəhər 3 saylı uşaq bağçasının müəllimi Rəfiqə Həsənova dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, R.Həsənovanın yaxınları onun həkimlərin qoyduğu səhv diaqnozun qurbanı olduğunu iddia edirlər.

Məlumata görə, R.Həsənova xəstəliyi ilə əlaqədar əvvəl Göyçay Mərkəzi Rayon Xəstəxanasında müalicə olunub, sonradan vəziyyəti ağırlaşdığı üçün Bakıya aparılıb. Mərhumun bacısı bildirib ki, Rəfiqə Həsənovanın xəstəliyi barədə Göyçay Mərkəzi Rayon Xəstəxanasında əvvəldən səhv diaqnoz qoyulub, düzgün müalicə aparılmayıb:

"Bakıdakı həkimlər isə onun xəstəliyi ilə bağlı müalicə prosesinə başlamağın artıq gec olduğunu bildiriblər. Ona heç bir əlac etmək mümkün olmayıb".

Mərhumun yaxınları hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat veriblər.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol