15 dəqiqəlik pulsuz parklanma yerində vaxt niyə 3-cü dəqiqədən başlayır? - VİDEO
Nazirlər Kabinetinin qərarına görə, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur.
Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda isə ödəniş tam məbləğdə hesablanır.
Son günlər bəzi sürücülər redaksiyamıza müraciət ünvanlayaraq şikayətlənirlər ki, parklanma vaxtı 0-dan deyil, 3 dəqiqədən başlayır.
Məsələni aydınlaşdırmaq üçün nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı ilə əlaqə saxladıq. O bildirdi ki, əslində bu sürücülərin xeyrinədir.
Ətraflı sujetdə: