Sosial şəbəkədə biz:

Hacıqabulda seldən zərərçəkən şəxslər: "Vəziyyət ağırdır" - VİDEO

Oktyabrın 12-də yağan leysan yağışları nəticəsində Pirsaat çayı öz məcrasından çıxıb və Hacıqabul rayonu ərazisindən sel keçib.

Nəticədə 500-dən artıq fərdi yaşayış evi və həyətyanı sahələrə ciddi ziyan dəyib.

"Hər tərəf sudur, vəziyyət ağırdır. Su çəkilməlidir, amma texnikamız yoxdur. Hərəkət etmək mümkün deyil. Evlərin alt hissəsi yoxdur, nə varsa, suyun altında qalıb. İydən evə girmək olmur", - deyə sakin bildirib.

Qeyd edək ki, Hacıqabul Rayon İcra Hakimiyyətindən bildirilib ki, aidiyyəti qurumlar tərəfindən fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Ətraflı Baku TV-nin süjetində:

https://www.youtube.com/embed/34iJSKYHJjc


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol