Nazir müavini: Qadınların ağaclara dırmaşmaq kimi bacarıqları azdır
Qadınlar hələ də siyasi cəhətdən zəif mövqedə qalırlar, bu da onların qərar qəbuletmə prosesində daha az rol oynaması ilə əlaqədardır. Buna baxmayaraq, iqlim dəyişikliyinin təsirlərindən ən çox əziyyət çəkənlər yenə də qadınlardır.
Bunu energetika nazirinin müavini, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş icraçı direktoru Elnur Soltanov “Su və gender bərabərliyi” mövzusunda Bakıda keçirilən konfransda deyib.
Nazir müavini iqtisadi mənada qadınların vəziyyətinə də toxunaraq bildirib ki, kişilər daha çox gəlir gətirən iqtisadi fəaliyyətlərlə məşğul olurlar, qadınlar isə məişət işlərinə məcbur qalırlar: "Bu işlər, hərçənd daha çətin olsa da, pul dəyəri yaratmayan, monetizə olunmayan fəaliyyətlərdir.
Eyni zamanda, məişət həyatında su içmək, yemək hazırlamaq, təmizlik və sanitariya kimi işlər qadınların üzərinə düşür. Təbii fəlakətlər zamanı, məsələn, tufanlar baş verəndə, qadınlar daha çox həyatını itirir. Bu, onların üzmə qabiliyyətlərinin kişilərlə müqayisədə zəif olması və ağaclara dırmaşmaq kimi bacarıqlarının azlığı ilə əlaqədardır. Bu problemlər cəmiyyətləri, xüsusilə də ən zəif qrup olan qadınları daha çox təsirləndirir". Report