Sosial şəbəkədə biz:

“Azərişıq”-dan 3 gündür işıqsız qalan məktəblə bağlı AÇIQLAMA

Bakının Binəqədi rayonunda yerləşən 182 nömrəli tam orta məktəbə elektrik enerjisinin verilməsində yaranmış fasilə ilə bağlı aidiyyəti üzrə müvafiq qurumlara müraciət olunub. 

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Qeyd olunub ki, məsələnin qısa zamanda həll edilməsi üçün zəruri tədbirlər həyata keçirilir: 

"Məktəbdə tədris prosesi davam edir". 

Məlumat üçün bildirək ki, məktəbdə övladı təhsil alan valideynlər təhsil müəssisəsində üç gündür elektrik enerjisinin olmaması ilə bağlı mətbuata müraciət ediblər. 

Məsələ ilə bağlı "Azərişıq” ASC-dən "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, bu, onların balansında deyil: 

"Problem abonentdən qaynaqlanır. Eyni zamanda, məktəb tərəfindən "Azərişıq” ASC-yə müraciət daxil olmasa da, əməkdaşlarımız hazırda problemin həlli istiqamətində qazıntı işlərində iştirak edirlər". 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol