Sosial şəbəkədə biz:

Bakıda birləşdiriləcək bələdiyyələrin SİYAHISI

Bakı şəhərindəki birləşdiriləcək bələdiyyələrin siyahısı məlum olub.

Bu haqda "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Bakı şəhərindəki birləşdiriləcək bələdiyyələr aşağıdakılardır:

1.1. Xəzər rayonu üzrə:

1.1.1. Mərdəkan və Şağan bələdiyyələrinin əhatə etdiyi Mərdəkan və Şağan qəsəbələrində Mərdəkan bələdiyyəsi.

1.2. Qaradağ rayonu üzrə:

1.2.1. Çeyildağ, Sanqaçal və Ümid bələdiyyələrinin əhatə etdiyi Çeyildağ, Sanqaçal və Ümid qəsəbələrində Sanqaçal bələdiyyəsi;

1.2.2. Korgöz, Qızıldaş və Puta bələdiyyələrinin əhatə etdiyi Korgöz, Qızıldaş, Puta və Şonqar qəsəbələrində Qızıldaş bələdiyyəsi.

1.3. Pirallahı rayonu üzrə:

1.3.1. Çilov-Neft Daşları, Gürgən və Pirallahı bələdiyyələrinin əhatə etdiyi Çilov, Gürgən, Neft Daşları və Pirallahı qəsəbələrində Pirallahı bələdiyyəsi.

1.4. Səbail rayonu üzrə:

1.4.1. Bibiheybət və Səbail bələdiyyələrinin əhatə etdiyi Səbail rayonunda (Badamdar bələdiyyəsinin ərazisini çıxmaqla) Səbail bələdiyyəsi.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol