Sosial şəbəkədə biz:

"Komendant pulu" mənzilin sahəsinə görə alınmalıdır? - VİDEO

Paytaxt sakinləri bəzi Mənzil-Tikinti Kooperativlərindən (MTK) narazıdırlar.

Belə ki, onlar MTK-ların "komendant pulu" adı altında topladıqları vəsaitdən şikayət edirlər.

Bu ödəniş mənzilin sahəsinə (kvadratmetrinə) əsasən hesablanır. Qiymətlər 20 qəpikdən başlayır və bəzi binalarda 2 manata qədər yüksəlir.

Mütəxəssislər hesab edirlər ki, çoxmənzilli binalarda ödənişlərin mənzilin sahəsinə görə təyin edilməsi məntiqli deyil.

Qanunvericiliyə əsasən, bina istismara verilərsə və sakinlərin yarısından çoxu mənzilləri üzərində mülkiyyət hüququ əldə edərsə, həmin binanın MTK tərəfindən idarə edilməsi ləğv edilməlidir.

Ətraflı "İTV Xəbər"in süjetində:

https://www.youtube.com/embed/M3p_KOR7Xig


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol