Sosial şəbəkədə biz:

Dünyanın ən çox qazanan futbolçuları: SİYAHI

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldo dünyada 2024-cü ildə ən çox qazanan futbolçu olub.

Belə ki, ABŞ-ın “Forbes” maliyyə-iqtisadi jurnalının versiyasına görə Ronaldonun cari ildə qazancı 285 milyon dollar təşkil edir.

İkinci yerdə “İnter Mayami”nin hücumçusu Lionel Messi qərarlaşıb. Onun gəliri 135 milyon dollar olacaq. İlk üçlüyü “Əl-Hilal”dan (110 milyon dollar) Neymar tamamlayır. Dördüncü yerdə “Əl-İttihad”dan Kərim Benzema (104 milyon dollar), ilk beşliyi isə “Real Madrid”dən Kilian Mbappe (90 milyon dollar) tamamlayır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol