Sosial şəbəkədə biz:

Zelenski : ABŞ-nin Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövqeyi müsbətə doğru dəyişib

19 October 2024, 09:43
Gündəm

ABŞ-nin Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövqeyi müsbətə doğru dəyişib, lakin Almaniya buna şübhə ilə yanaşır.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski telemarafon zamanı deyib.

Zelenski qeyd edib ki, Ukraynanın NATO-ya dəvət olunması ilə bağlı ciddi risk görmür:

“Rusiya ilə dialoqda yer buraxmaq istəyənlər, məncə, buna imza atmayacaqlar".

O, həmçinin bildirib ki, ABŞ oktyabr-dekabr aylarında Ukraynaya 500-750 milyon dollar dəyərində bir sıra hərbi yardım paketləri təqdim edəcək.