Sosial şəbəkədə biz:

Tağı Əhmədovun dəfn yeri açıqlandı

“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovla vida mərasimi Novxanıdakı evində olacaq.

Bu barədə Musavat.com-a onun yaxınları məlumat verib.

Bildirilib ki, sabiq rəis bu gün Əhmədlidə yerləşən məzarlıqda dəfn ediləcək.

Qeyd edək ki, Əhmədov Tağı Məhəmməd oğlu 1 fevral 1949-cu ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub. O, 1998–2014-cü illərdə “Bakı Metropoliteni” QSC-yə rəhbərlik edib. T.Əhmədov eyni zamanda, 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri idi.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol