Sosial şəbəkədə biz:

Azərbaycan və Ermənistan nazirləri tələblərini açıqladı

“3+3” regional əməkdaşlıq platformasına daxil olan ölkələrin xarici işlər nazirlərinin İstanbulda keçirilən yığıncağında iştirakı çərçivəsində Ermənistan və Azərbaycan sülhün əldə edilməsi üçün qarşılıqlı təkliflər irəli sürüb. 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi tələbi ilə çıxış edib. 

“Regionda sabit sülh üçün Ermənistan Konstitusiyaya dəyişiklik etməlidir. Münaqişədən sonrakı dövrdə regionda sabit və davamlı sülhü təmin etmək üçün konstitusiya dəyişiklikləri yolu ilə əvvəlki münaqişənin nəticələrinin aradan qaldırılması vacibdir”,-deyə Azərbaycan XİN rəhbəri bildirib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə nəqliyyat-kommunikasiya vasitələrinin blokdan açılmasının daha vacib olduğunu deyib. 

O, bütün dövlətlərin suverenliyinə və yurisdiksiyasına hörmət edilməsinin vacibliyini vurğulayıb. “Biz Azərbaycana dəmir yolu infrastrukturumuzu yenidən işə salmağı, sərhəd keçidlərini, gömrük prosedurlarını sadələşdirməyi və hər iki ölkənin suverenliyinə və yurisdiksiyasına tam hörmət etməklə bəzi əlavə təhlükəsizlik mexanizmlərin təminini təklif etmişik”,-deyə Mirzoyan bildirib. 

Cebheinfo


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol