Sosial şəbəkədə biz:

“Azərbaycan kişisi hambal olmalıdır” - İlham Namiq Kamal

“Babam həmişə bizə deyirdi ki, siz oğlanlar, bilin ki, oxusanız belə alnınıza nökərlik, köləlik, qulluq yazılıb. Yəni gələcəkdə taleyiniz belə olacaq. Evə də baxmalısan, bazarlığı da etməlisən. Babam da, atam da, mən də belə olmuşam”. 

Bu sözləri Xalq artisti İlham Namiq Kamal qonaq olduğu “YouTube”da yayımlanan “Künc-Bucaq” layihəsində deyib.

Akademik Musiqili Teatrının aktyoru bildirib ki, Azərbaycan kişisi hambal olmalıdır:

“Azərbaycan kişisi hambal kimi olmalıdır. Bəli, əsl kişi hambal olmalıdır və hambalların qədrini bilmək lazımdır. Amma mən eşidirəm ki, elə xanımlar var ki, hambalların qədrini bilmirlər. Mən ailənin hambalından danışıram. Ailənin hambalı ailənin qalxanı, cangüdənidir. Qadın da ailənin aşpazı olmalıdır”. Olay


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol