Deportasiya Qurbanları Cəmiyyəti anti-Azərbaycan qüvvələri rədd edir: COP29-a qarşı kampaniya qəbuledilməzdir
“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi nə qədər müsbət və əhəmiyyətlidirsə, son zamanlar bu tədbirdən sui-istifadə edərək bəzi qrupların Azərbaycana qarşı kampaniya təşkil etməsi bir o qədər iyrənc və qəbuledilməzdir. Biz hesab edirik ki, bu mötəbər tədbir ərəfəsində ölkəmizə qarşı kampaniya təşkil edən qruplar anti-Azərbaycan, anti-Türk qüvvələrdir və Azərbaycanın son illərdə əldə etdiyi uğurları, xüsusilə işğal altında qalan torpaqlarımızın azad olunmasını, Qələbəmizi heç cür həzm edə bilmirlər”.
Bu barədə Deportasiya Qurbanları Cəmiyyətinin İdarə Heyətinin (DQC) yaydığı bəyanatda deyilir.
Azərbaycanın beynəlxalq tədbirlər keçirmək təcrübəsinin olduğuna diqqət çələn sənəddə vurğulanır ki, erməni lobbisi və ermənipərəst xarici dairələrin həyata keçirdiyi anti-Azərbaycan kampaniyası bu əhəmiyyətli işə kölgə sala bilməz: COP 29 tədbiri ən yüksək səviyyədə həyata keçiriləcək, Azərbaycan növbəti dəfə dünya qlobal iqlim probleminin həllinə öz töhvələrini verəcək.
Eyni zamanda qeyd etmək istərdik ki, bu kampaniyada iştirak edən başda Fransa dövləti olmaqla xarici dairələr son 35 ildə bir dəfə də olsun Qərbi Azərbaycandan qovulan 100 minlərlə soydaşımızın dərdindən, itirilən mülklərindən, dağıdılan müqəddəs məscidlərdən, viran qoylan tarixi ellərimizdən bir dəfə də olsun bəhs etməyib. Bu, dəhşətli deportasiya aktını beynəlxalq müstəviyə çıxarmağa cəhd etməyib. Erməni dairələrin marağını ifadə edən qüvvələr anlamalıdır ki, onların istəyindən asılı olmayaraq Qərbi Azərbaycandan qanunsuz olaraq deportasiya edilən insanlar günün birində öz ata-baba yurdlarına hökmən qayıdacaq. Bu bizim müqəddəs amalımızdır.
DQÇ xatırladır ki, son 35 ildə indiki Ermənistan ərazisindən ən sərt formada milli və dini ayrıseçkiliyə məruz qalan və qovulan azərbaycanlıları unudan xarici dairələrin indi COP29 ərəfəsində fəallaşması onların iş üzünü bir daha ortaya qoyur.
Qərbi Azərbaycab icmasının yaradıldığını, bu qurumun keçən dövr ərzində Qərbi Azərbaycanla bağlı müsbət işlər həyata keçirdiyinə diqqət edən Deprtasiya Qurbanları Cəmiyyəti bəyan edir ki, Azərbaycan Prezidenti və Ali Baş Komandanın apardığı siyasəti dəstəkləyir və müdafiə edir.