Sosial şəbəkədə biz:

Gürcüstanın xarici dövlət borcu 9 milyard dolları ötdü

21 October 2024, 01:07
Gündəm

Gürcüstanın xarici dövlət borcu 9 milyard dolları (ABŞ) keçib.

Bu barədə informasiyanı ölkənin Maliyyə Nazirliyi yayıb.

Mənbə qeyd edir ki, bu, ötən ilin avqust ayı ilə müqayisədə 43,5 milyon dollar və 2023-cü ilin sentyabrı ilə müqayisədə 581 milyon dollar çoxdur.

Gürcüstanın ən çox borclu olduğu qurumlar: 

Asiya İnkişaf Bankı – 2,4 milyard dollar;

Dünya Bankı – 2,2 milyard dollar;

Avropa İnvestisiya Bankı – 1,1 milyard dollar.