İcra başçısı bir gündə 6 şəhidin anım mərasiminə qatıldı - FOTOLAR
Bu gün Beyləqanda Vətən müharibəsində həlak olmuş daha 6 şəhidin ildönümü keçirilib.
Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda döyüşlərdə canlarını qurban vermiş qəhrəman şəhidlərin-Məmmədov Vüqar Xaləddin oğlunun və Məmmədov Nicat Şamxal oğlunun şəhər mərkəzində keçirilən anim mərasimlərində Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP rayon təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, RİH-nin məsul əməkdaşları, şəhid ailələri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirlərdə şəhidlərin keçdiyi döyüş yolundan danışılıb, onların xatirəsinə ehtiram ifadə olunub, Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda canlarını fəda etmiş hərbçilərimizin hər birinin xatirəsinin əziz tutulduğu vurğulanıb.
Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun qazandığı qələbənin xalqımızın tarixinə qızıl hərflərlə yazıldığı bildirilib. Bu şərəf tarixini öz qanları və canları ilə yazan şəhidlərin ailələrinə və qəhrəman qazilərə dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərildiyi qeyd edilib.
Şəhid ailələləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər. vakansiyalar
Qeyd edək ki, icra başçısı Əziz Əzizov bu gün şəhər mərkəzində və ayrı-ayrı kəndlərdə 6 şəhidin anım mərasimində iştirak edib.
Telegram kanalımız








