Gömrük Komitəsi 59 min manata güllər alır
Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Flora Holland” MMC (VÖEN- 1405674931) olub.
Gömrük Komitəsi tenderin qalibi olan şirkətdən 58 min 500 manat dəyərində güllər, həmçinin əklil, səbət və buket kompozisiyası alacaq.
Qeyd edək ki, Gömrük Komitəsinin satın alacağı güllərin 2 min ədədi qızlgül, 5 min ədədi isə qərənfil olacaq.
Onu da bildirək ki, nizamnamə kapitalı cəmi 20 manat olan “Flora Holland” MMC-nin qanuni təmsilçisi Seyidzadə Rəhim Vaqif oğludur. Yeniavaz