Sosial şəbəkədə biz:

Banklar daşınmaz əmlak üçün nə qədər kredit ayırıblar? – SİYAHI

22 October 2024, 00:15
Gündəm

Bu ilin ilk 9 ayı ərzində Azərbaycanda fəaliyyət göstərən 22 bank arasında ən çox daşınmaz əmlak krediti verən bank dövlət bankı olan “Beynəlxalq Bank” ASC (ABB) olub.
Bu ilin ilk 9 ayında ABB tərəfindən verilən daşınmaz əmlak kreditlərinin həcmi 1 milyard 394,3 milyon manat olub.
ABB tərəfindən verilən daşınmaz əmlak kreditlərinin həcmi bu ilin 3-cü rübü ərzində 7,3% artıb.
İkinci sırada 610 milyon manat ilə “Kapital Bank” ASC yer alıb. “Kapital Bank”-ın daşınmaz əmlak kreditləri son 3 ayda 0,1% azalıb.
Ən az daşınmaz əmlak krediti ayıran bank “Bank Melli İran Bakı fililalı” olub. Bu bankın daşınmaz əmlak kreditlərinin həcmi cəmi 0,1 milyon manat olub.
Son 3 ayda daşınmaz əmlak kreditlərinin həcmini ən çox artıran bank isə “AccessBank” QSC olub. Bu bankın daşınmaz əmlak kreditləri bu ilin 3-cü rübündə 22,5%  artaraq 8,2 milyon manatadan 10,2 milyon manata yüksəlib.
Aşağıdakı cədvəldə bankların daşınmaz əmlak kreditlərinin həcmi və artım dinamikası göstərilib:


Banklar
2024-cü il
3-cü rüb

(mln. manat)
2024-cü il
2-ci rüb
(mln. manat)

Dinamika
AccessBank10.28.322.5%
PAŞA Bank210.6172.122.4%
Ziraat Bank Azərbaycan23.219.518.5%
Azərbaycan Sənaye Bankı20.418.79.4%
Bank of Baku46.642.98.6%
Bank Respublika142.2131.97.8%
ABB1 394.31 298.97.3%
Yapı Kredi Bank Azərbaycan46.944.26.3%
AFB Bank70.466.36.1%
Rabitəbank152.8145.45.1%
Yelo Bank81.777.94.9%
Premium Bank74.971.54.8%
Bank VTB (Azərbaycan)55.553.44.0%
Expressbank112.3108.83.2%
TuranBank128.6124.93.0%
Bank Avrasiya57.555.92.9%
Xalq Bank432.9422.12.6%
Unibank KB95.893.62.3%
Azər Türk Bank189.2185.42.1%
Bank BTB189.3189.40.0%
Kapital Bank610.0610.5-0.1%
Bank Melli İran Bakı filialı0.10.1-34.1%

Yeniavaz