Sosial şəbəkədə biz:

Veysəloğlu Şirkətlər Qrupu “Hyper Fast Growth” beynəlxalq mükafatına layiq görülüb

ADA Universiteti və “Veysəloğlu” Şirkətlər Qrupu arasında ötən il imzalanmış memorandumdan irəli gələn bir sıra istiqamətli tərəfdaşlıq davam edir.

Universitetdən mətbuata bildirilib ki, tərəfdaşlıq sahələrinə təhsilə və sosial layihələrə dəstək, əməkdaşların ixtisaslarının artırılması, tələbə və şagirdlərin praktiki təcrübələrinin inkişafı üçün proqramların hazırlanması və iki tərəfin marağı əsasında müəyyənləşdirilən digər istiqamətlər daxildir.

Bu çərçivədə ADA Universitetinin rektoru Hafiz Paşayev və “Veysəloğlu” Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov görüşərək, təhsildə korporativ sosial məsuliyyət layihələrini müzakirə ediblər. Onlar tərəfdaşlığın uğurunu nəzərə alaraq, bunun ADA Universiteti Fondu vasitəsi ilə, növbəti illərdə də davam etdirilməsini qərara alıblar.

Qeyd edək ki, “Veysəloğlu”nun hazırda 150 nəfər rəhbər əməkdaşı ADA Universitetinin İxtisasartırma Proqramının təqdim etdiyi “Liderlik Bacarıqlarının İnkişafı” proqramında iştirak edir.

Görüş zamanı bu istiqamətdə də əməkdaşlığın davamlı olması barədə razılığa gəlinib.

“Veysəloğlu” Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov müasir universitet mühitində olmağın şirkət əməkdaşlarına müsbət təsirindən bəhs edib və bu təsirin onların gündəlik iş fəaliyyətində hissedilən olduğunu bildirib.

Tərəflər ölkəmizdəki ümumi inkişafdan bəhs edərkən, milli təhsil tarixində ilk ana dilində təhsil verən məktəblərin maarifçilik ənənələrinin vüsət almasına təsirindən söhbət açıblar. Görüşdə, həmçinin ziyalıların və mesenatların əməkdaşlığının təhsil tarixindəki rolu və bunun qorunub saxlanılmasının vacibliyi vurğulanıb.

Azinforum.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol