Sosial şəbəkədə biz:

Bakı qışa hazırdır? - Video

"Azəristiliktəchizat"ın PR meneceri Rüxsarə Babayeva ilə Baku TV-nin aparıcısı Elçin Əlibəyli arasında gərginlik yaşanıb.

Belə ki, "Baku aktual" verilişində qonaq olan qurum rəsmisinə - "keçən illə bu ilin fərqi yeni təmir edilən qazanxanalardır, yoxsa əhali həqiqətən də istiliklə təmin olunacaq?" - sualını ünvanlayıb.

R.Babayeva istilik sistemi ilə bağlı yeniliklərin olacağını qeyd edərək bildirib ki, istilik yeni qazanxanadan ötürülürsə, effektivlik də artır.

Daha sonra aparıcı əhalinin mərkəzi istilik sisteminin keyfiyyətindən narazı olduğunu vurğulayaraq - "Azəristiliktəchizat" istiliyi qışda verməlidir, amma problem olur, yayda istilik verilir", - deyə narazılığını bildirib.

Daha ətraflı süjetdə:

https://www.youtube.com/embed/IfScXc2nLnU


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol