Sosial şəbəkədə biz:

"Türkiyənin BRICS ölkələri ilə əməkdaşlığı ölkənin NATO-ya üzvlüyünə zidd deyil" - Rütte

Türkiyənin BRICS ölkələri ilə əməkdaşlıq etmək hüququ var və bu, ölkənin NATO-ya üzvlüyünə zidd deyil.

Bunu NATO-nun Baş katibi Mark Rütte Estoniyaya səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib.

“Biz NATO-da 32 demokratik ölkəyik və əlbəttə ki, bu və ya digər mövzuda müzakirələr olacaq. Amma bilirik ki, Türkiyə tərəfdaşlarla və ya BRICS tərəfdaşları ilə işləyir, onların bunu etmək hüququ var”, - Rütte jurnalistlərin NATO-nun Türkiyənin BRICS ilə əməkdaşlığın inkişafından narahat olub-olmaması ilə bağlı sualını cavablandırarkən söyləyib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol