Sosial şəbəkədə biz:

Almaniya millisi "Avro-2016"nın yarımfinalına vəsiqə qazandı

03 July 2016, 03:11
Gündəm
Fransada keçirilən futbol üzrə Avropa çempionatının 1/4 finalın Almaniya və İtaliya milliləri üz-üzə gəliblər. Virtualaz.org xəbər verir ki, oyunun əsas vaxtı 1:1 hesabı ilə heç-heçə başa çatıb. Qolları Özil və Bonuççi (penalti) vurublar. Əlavə vaxtda hesab dəyişməyib və qalib 11-metrlik cərimə zərbələri ilə müəyyən edilib. «Futbol lotereyası»nda almanların bəxti gətirib — 6:5. Beləliklə, Almaniya yığması yarımfinala vəsiqə qazanıb. Onun rəqibi isə sabah Fransa — İslandiya oyununda müəyyənləşəcək.