Sosial şəbəkədə biz:

Azərbaycanda 3,8 maqnitudalı zəlzələ baş verib

03 July 2016, 10:01
Gündəm
Bu gecə İmişli-Saatlı sərhədində zəlzələ baş verib. APA-nın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, saat 2.58 radələrində İmişli - Saatlı sərhədində 3,8 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 48 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.