Sosial şəbəkədə biz:

“Paşa Bank”ın problemli kreditləri ölkə üzrə orta göstəricidən 3 dəfə çoxdur

Azərbaycanın aparıcı banklarından biri olan “Paşa Bank” ASC-nin problemli kreditləri artıb.
Bu ilin ilk 3 rübünün yekununda “Paşa Bank”ın vaxtı keçmiş kreditləri 151 milyon 530 min manat olub.
Bu ilin əvvəli ilə müqayisədə bankın problemli kreditləri 40 milyon 301 min manat və ya 36,2% artıb.
Problemli kreditlərin ümumi kredit portfelindəki payı 4,7%-ə olub. Bu ilin əvvəlində bu göstərici 3,8% təşkil edib.
Məlumat üçün bildirək ki, Azərbaycanda bank sektoru üzrə problemli kreditlər ümumi kreditlərin 1,7%-nə bərabərdir.
Məlumat üçün qeyd edək ki, nizamnamə kapitalı 354,5 milyon manat olan “Paşa Bank”ın səhmlərinin 56,8%-i “Paşa Holdinq”ə, 28,2%-i “Bless” MMC-yə, 9,99%-i Arif Paşayevə, 5%-i isə Mir Camal Paşayevə aiddir. Yeniavaz


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol