Sosial şəbəkədə biz:

“COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri bununla məzələnirlər” - DEPUTAT

Milli Məclisin deputatı Aqil Abbas millət vəkillərinin yağışdan sonra Bakıda yaranan fəsadları barədə açıqlama verməmələri, məsələnin parlamentdə niyə qaldırılmadığı haqda müzakirələrə münasibət bildirib.
Bunu deputat Pravda.az-a açıqlamasında deyib ki, ən sivil, inkişaf etmiş ölkələrdə də belə fəlakətlər baş verir.
“Drezdendəki sel muzeyi, kitabxananı basıb, nə qədər sənət əsərini məhv etmişdi. Bu, Amerikada, demək olar, gündə baş verən hadisədir. Bu yaxınlarda Fransanı sel, su götürüb aparmışdı. Praqanı da onun kimi...
Təbii fəlakətdir də, olur. Müəyyən təşkilatlar, gərək, işlərini yaxşı quralar. Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri bununla məzələnirlər. Bu cür davranışın əleyhinəyəm. Adi təbii fəlakətdir, buna şübhə salmaq, məzələnmək lazım deyil”, - deputat bildirib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol