Sosial şəbəkədə biz:

"Qarabağ" - "Ayaks"a məğlub oldu

25 October 2024, 00:05
Gündəm

"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda "Ayaks"la (Niderland) qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən oyun qonaqların qələbəsi ilə başa çatıb - 0:3.

"Qarabağ" matçı 9 nəfərlə başa vurub. 15-ci dəqiqədə Julio Romao birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 79-cu dəqiqədə isə Elvin Cəfərquliyev ikinci sarı vərəqəni alaraq meydanı tərk edib. 

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiiyi kollektiv Avropa Liqasındakı növbəti oyununu noyabrın 7-də Norveç təmsilçisi "Bodo Qlimt"ə qarşı keçirəcək.