Sosial şəbəkədə biz:

Azərbaycanda 15-19 yaş arasında 2596 abort qeydə alınıb - STATİSTİKA

2023-cü ildə Azərbaycanda 15-19 yaş qrupları arasında 2596 abort qeydə alınıb.

Azinforum.az Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2023-cü ildə ümumilikdə 73,816 abort qeydə alınıb.

Abort etdirənlərdən 68-i 15-17 yaş aralığında, 2528-i isə 18-19 yaş aralığında olub.

Qeyd edək ki, 2022-ci ildə abortların sayı ümumilikdə 57.999 olub. Onlardan 2080-i 15-19 yaş aralığında olub. Bu da onu göstərir ki, sözügedən yaş kateqoriyası üzrə abortların sayında kəskin artım var. Xüsusilə də azyaşlılar, yetkinlik yaşına çatmayanlar arasında abortun çoxaldığı müşahidə edilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol