Sosial şəbəkədə biz:

Dizellə işləyən avtomobillər kütləvi satışa çıxarılır? - VİDEO

Paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən maşın bazarında durğunluq yaşanır. Buna görə də, qiymətləri endirdiyini deyən satıcılar da var. Hava şəraitinin dəyişməsi avtomobil bazarına da təsir edib.

Satıcılar deyirlər ki, hər il ənənəvi olaraq payız-qış mövsümündə bazarda alıcı qıtlığı olur.

Onların sözlərinə görə, hazırda bazarda ən çox tələb Koreya istehsalı olan avtomobillərədir.

Satıcılar son günlər dizel maşınlarının kütləvi satışa çıxarılması ilə bağlı da suallarımızı cavablandırdılar. Bildirdilər ki, deyilənlər həqiqətəuyğun deyil.

O da bildirilib ki, bütövlükdə Çin avtomobillərinin bazara girməsi, digər ölkə istehsalı olan maşınların satışına təsirsiz ötüşməyib.

https://www.youtube.com/embed/KqX8pNc_rEo


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol