Sosial şəbəkədə biz:

Ramiz Mehdiyev birinci müavinlikdən, İsa Həbibbəyli isə müavinlikdən çıxarılıb

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibi təsdiqlənib.
Milli Ensiklopediyanın yeni redaksiya heyətində birinci müavin vəzifəsi ləğv olunub və bu səbəbdən daha əvvəl birinci müavin vəzifəsini icra edən Ramiz Mehdiyev redaksiya heyətində adi üzv olub.
Bundan başqa daha əvvəl redaksiya heyətində müavin vəzifəsi daşıyan AMEA-nın prezidenti İsa Həbibbəyli bundan sonra Milli Ensiklopediyanın baş redaktoru vəzifəsini icra edəcək.
Daha əvvəl Milli Ensiklopediyanın baş redaktoru vəzifəsini icra edən AMEA-nın sabiq prezidenti Akif Əlizadə isə müavin təyin olunub


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol