Sosial şəbəkədə biz:

Boksçumuz erməniyə qalib gəldi - Qızıl medal qazandı

29 October 2024, 16:17
Gündəm

Azərbaycan boksçusu Əli Əliyev (46 kq) Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında Ermənistan idmançısına qalib gələrək qızıl medal qazanıb.

O, həlledici görüşdə inamlı qələbə əldə edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Əli Əliyevlə yanaşı, daha 2 Azərbaycan boksçusu da qızıl medal qazanıb.

Şahin Mustafayev ( 48 kq) və Nihat Qasımov (50 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.