180 məktəb odunla qızdırılırdı: Bəs bu il?
"Ölkədə əvvəl odunla qızdırılan 180-ə yaxın məktəb bu il tam qazlaşdırılacaq".
"Cebheinfo.az" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, təhsil müəssisələrində istiliklə əlaqəli hazırlıq işləri davam edir:
"Ərazilər üzrə gündəlik təchizatın çatdırılması təmin edilir. Hesab edirəm ki, istiliklə əlaqəli bugünkü vəziyyət qənaətbəxşdir".