Sosial şəbəkədə biz:

Ərdoğandan Akşenerə böyük JEST

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif İYİ Partiyanın sədri Meral Akşenerə qarşı qaldırdığı məhkəmə iddiasını geri götürüb.

Bu barədə Türkiyə prezidentinin vəkili Hüseyn Aydın açıqlama verib.

"Prezidentin təhqir olunması ilə bağlı istintaqa təqdim edilən şikayətlərə xitam verilib, həmçinin mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı dörd mülki iddiadan da imtina edilib", - deyə R.T.Ərdoğanın vəkili vurğulayıb.

Qeyd edək ki, M.Akşener Türkiyə Böyük Millət Məclisinin (TBMM) qrup toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici siyasətini tənqid edərkən təhqiramiz ifadələrə yol vermişdi.//Oxu.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol