Sosial şəbəkədə biz:

"Mənə kim cinayət işi açır? İşinizlə məşğul olun" - Mehdiyevdən sərt açıqlama

Xəbər verdiyimiz kimi, Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı araşdırmalar aparılıb və külli miqdarda yeyintilərin olduğu üzə çıxıb. Həmin yeyintilərin AMEA-nın sabiq sədri Ramiz Mehdiyevin dövründə baş verdiyi qeyd edilib.

Manset.az AMEA-nın sabiq sədri Ramiz Mehdiyevlə əlaqə saxlayıb.

O, açıqlamasında sözügedən mövzu ilə bağlı suallardan yayınmağa çalışıb:

"Kimdir danışan? Sizə deyirəm, danışan kimdir? Nə istəyirsiz məndən? Əl çəkin! Mənə kim cinayət işi açır? İşinizlə məşğul olun". 

Qeyd edək ki, aşkar edilmiş qanun pozuntuları və yeyintilərin olması ilə bağlı araşdırmalar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib və cinayət işi başlanıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol