Sosial şəbəkədə biz:

ADY-yə məxsus elektrovozun vurduğu yeniyetmənin anasından ürəkdağlayan fəryad - VİDEO

31 October 2024, 00:03
Gündəm

Oktyabrın 29-u axşam saat 10 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkətdə olan zaman iki nəfəri vurub.

Hadisə nəticəsində 1995-ci il təvəllüdlü Elməddin Fərzəliyev və 2007-ci il təvəllüdlü Səbuhi Zərbəliyev qatarın altında qalıblar.

Hər iki şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.

Sakinlər qəza ilə bağlı bir sıra iddialar səsləndirib.

"Elektrovozun işığı yanmırdı, yansaydı görüb saxlayardı", - deyə Elməddin Fərzəliyevin əmisi bildirib.

Vətəndaşların iddiaları ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, səsləndirilən fikirlər həqiqəti əks etdirmir.

Ətraflı Baku TV-nin süjetində:

https://www.youtube.com/embed/IBtwAjk32hU