Sosial şəbəkədə biz:

Anaları vəfat etmiş 6 uşaq atasız da qaldı - VİDEO

Anası dünyasını dəyişmiş uşaqların atası da qəzada həlak oldu.

Astarada 6 uşağın atası yük avtomobili tərəfindən vurularaq ölüb. Hadisə axşam saatlarında rayonun Çayoba kəndi ərazisində baş verib. 36 yaşlı Peyman Ruşanov idarə etdiyi yük avtomobili ilə hərəkətdə olarkən toydan çıxıb evinə gedən piyada, 44 yaşlı Nazim Baxşiyevi vurub.

Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Nazim Baxşiyevin qohumlarının bildirdiyinə görə, onun həyat yoldaşı 3 il əvvəl xəstəlikdən vəfat edib. Nazim fərdi işlərlə məşğul olaraq altı uşağını təmin edirdi.

Hadisəni törədən sürücü qaçmağa çalışsa da, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının tədbirləri nəticəsində Peyman Ruşanov şübhəli şəxs qismində saxlanılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

https://www.youtube.com/embed/_43T07hMU6I


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol