Sosial şəbəkədə biz:

Baba Rzayev töhmət alsa da “Azərenerji“nin ixrac gəlirləri kəskin azalır

Bu ilin üçüncü rübündə "Azərenerji" ASC 73,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 4,5 dəfə azdır. 

Məlumata görə son bir ildə dövlət şirkətinin ixrac gəlirləri 256 milyon manat azalıb.

2023-cü ilin ilk doqquz ayında "Azərenerji" xaricə 329,7 milyon dollarlıq məhsul ixrac etmişdi. 

Qeyd edək ki, ASC dövlət şirkətləri arasında qeyri-neft məhsulları ixracına görə 5-ci yerdə qərarlaşıb. 

Xatırladaq ki, bu ilin oktyabrın 10-da Baş nazir Əli Əsədovun sərəncamı ilə "Azərenerji”nin sədri Balababa Rzayevə şiddətli töhmət elan edilib. Buna əsas səbəb kimi 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etməsi göstərilib. “İxrac İcmalı”


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol