Sosial şəbəkədə biz:

“Baboşların təbliğatı gedir”- DEPUTAT

“Baboşların, maboşların təbliğatı gedir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.

“Biz çox sayda orta məktəblərə, universitetlərə baş çəkirik. Girişdə şəhidlərimizin şəklinin olması sevindiricidir. Amma yaşayan qəhrəmanlarımızı biz nümunə göstərmirik. Ona görə də Baboşların, maboşların təbliğatı gedir”, – deyə Fazil Mustafa vurğulayıb.

Deputat bildirib ki, Azərbaycanın bayrağının qaldıran hər bir şəxsin adı məktəbin, universitetin girişində olmalıdır: “Biz buna diqqət etməliyik. Hacı Əliyev, Eldəniz kimi güləşçilərimiz var”. Lent.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol