Sosial şəbəkədə biz:

Azərbaycan Premyer Liqasında "Neftçi" "Araz Naxçıvan"a məğlub oldu

Misli Premyer Liqasının XII turunda "Neftçi" "Araz-Naxçıvan"a məğlub olub.

Qaynarinfo xəbər verir ki, "Neftçi Arena"da baş tutan matçda qonaqlar 1:0 hesablı qələbəyə sevinib.

Görüşdə yeganə qolu ilk yarım saatın tamamında Felipe Santos meydan sahiblərinin qapısından keçirib.

Ehtiyatda daha bir matçı olan Naxçıvan klubu 24 xalla üçüncü, "ağ-qaralar" 9 xalla səkkizincidir.

Qeyd edək ki, turun açılış matçında "Turan Tovuz" "Qarabağ"la qolsuz heç-heçəyə razılaşıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol