Sosial şəbəkədə biz:

2008-ci il müharibəsinə görə yalnız Saakaşvili məsuliyyət daşıyır - Medvedev

2008-ci il müharibəsinə görə yalnız Saakaşvili məsuliyyət daşıyır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev RT-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya və Gürcüstanın inancı və tarixi birdir.

"Biz tarixən qonşuyuq. Eyni inancımız, eyni tariximiz var. Bu tarix boyu gürcülərə dəfələrlə kömək etmişik. Bəli, bu hadisə olub, amma buna görə məsuliyyət daşıyan başqası deyil, məhz prezidentdir. NATO hərbi blokdur, Avropa İttifaqı kifayət qədər uzaqdadır, ABŞ-ni demirəm hələ... Rusiya isə yaxındır”, - deyə Medvedev vurğulayıb.

Qeyd edək ki, 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında müharibə olan zaman Rusiyada prezident vəzifəsini Dmitri Medvedev, Gürcüstanda isə Mixeil Saakaşvili tutub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol