Sosial şəbəkədə biz:

“Gülay və Rüfət mahnımın sözlərini dəyişib, ifa edirlər” - VİDEO

03 November 2024, 09:27
Gündəm

Xalq artisti, bəstəkar Aygün Səmədzadə açıqlaması ilə diqqət çəkib.

Sənətçi bildirib ki, müğənnilər Gülay Zeynallı və Rüfət Axundov onun yazdığı mahnının sözlərini dəyişərək, ifa ediblər.

Səmədzadə ərsəyə gətirdiyi sözügedən nəğmənin “Darıxdım” olduğunu bildirib:

“Mənim mahnımın sözlərini dəyişib, başqa adla müğənnilərimiz ifa ediblər. Söhbət mərhum Əməkdar artist Aygün Bəylərin mənim yazdığım “Darıxdım” mahnımdan gedir. Bu mahnını bir dəfə Gülay Zeynallı ifa edib. O mahnını “Ata” kimi təqdim edib. Yəni sözlərini dəyişib, amma musiqi eyni qalıb. İkinci dəfə isə Rüfət Axundov dəyişərək, oxuyub”./olay

https://www.youtube.com/watch?v=Wei7IWI--7c