Sosial şəbəkədə biz:

Azərbaycanda ən az işsizlik 60-64 yaşlı qadınlar arasında qeydə alınıb – SİYAHI

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda işçi qüvvəsinin sayı 5 milyon 249,7 min nəfər olub və onların 2 milyon 535 min nəfərini qadınlar təşkil edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, işçi qüvvəsinin 94,5%-i və ya 4 milyon 963,3 min nəfəri məşğul əhali, 268,4 min nəfər və ya işçi qüvvəsinin 5,5%-i isə işsiz əhali olub.
Məlumat üçün bildirək ki, məşğul əhali arasında ən az işsiz 60-64 yaşlı qadınlar arasında qeydə alınıb. Belə ki, Azərbaycanda işçi qüvvəsi hesab olunan 60-64 yaşlı qadınların 99,5%-i və ya 73,8 min nəfəri məşğul, cəmi 0,5%-i və ya 0,4 min nəfəri işsiz olub.
Qeyd edək ki, Azərbaycanda işçi qüvvəsi və məşğul əhalinin yaş qrupları üzrə sayı aşağıdakı kimi olub:

Qadınlar arasında işçi qüvvəsi və məşğul əhalinin yaş qrupları üzrə sayı isə aşağıdakı kimi olub:


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol