Sosial şəbəkədə biz:

Güclü yanğın “Unikal” qəzetinin redaksiyasına keçib - Redaksiyaya böyük zərər dəyib (FOTO, VİDEO)

03 July 2016, 22:58
Gündəm
"Unikal” qəzetinin və Unikal.org saytının redaksiyasında yanğın olub.   Azinforum.az Unikal.org-a istinadən xəbər verir ki, Binəqədi rayonu 8-ci mk-r, Əcəmi Naxçıvani 5 n ünvanında yerləşən redaksiyanın yaxınlığındakı obyektdə başlayan yanğın qəzetin və saytın ofisinə keçib. Unikal.org-un əməkdaşı redaksiyadan təxliyə olunub. Hazırda digər əməkdaşlar saytı kənardan idarə edir. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın artıq söndürülüb. "Unikal"qəzetinin və Unikal.org saytının redaksiyasına ciddi ziyan dəyib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Unikal.org-a verilən məlumata görə, xəsarət alan olmayıb.
yan1.jpg
yan2.jpg
yan4.jpg
yan6.jpg