Sosial şəbəkədə biz:

“İrşad” müştəriyə satdığı qüsurlu malı dəyişdirmədiyi üçün cərimələndi

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti elektronika və məişət texnikası satışı üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkələrindən biri olan “İrşad Electronics” barəsində İnzibati Xətalar Məcəlləsinin 444.2.-ci maddəsinə əsasən protokol tərtib edib.
Yeniavaz.com Xidmətdən açıqlanan məlumata istinadən xəbər verir ki, “İrşad Electronics” “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərini pozub.
Belə ki, “İrşad Electronics”in müştəriyə satdığı qüsurlu mal geri qaytarılan zaman qəbul olunmayıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 444.2.-ci maddəsi satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasından bəhs edir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol