Sosial şəbəkədə biz:

AMİP-in 8 Noyabr Zəfər günü münasibətilə təbrik mesajı

Əziz həmvətənlər!
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qürur və iftixar tarixidir.

Məhz bu tarixi gündə Ali Baş Komandan Prezident İlham Əliyevin güclü siyasi iradəsi, şəhidlərimizin canı, qanı, sayəsində həsrətində olduğumuz torpaqlarımız azad edildi, ərazi bütövlüyü təmin olundu. Qürur mənbəyimiz olan 8 Noyabr Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərimizin, qəhrəman qazilərimizin və rəşadətli ordumuzun zəhməti sayəsində əldə etdiyimiz böyük qələbənin simvoludur. Azərbaycan xalqının birliyi, iradəsi və əzmi ilə yazdığı bu zəfər dastanı hər birimiz üçün iftixar mənbəyidir. Bu möhtəşəm Zəfər günündə Şəhidlərimizi dərin ehtiramla anırıq, qazilərimizə can sağlığı və uzun ömür diləyirik. Vətənimizin şanlı gələcəyini təmin edən qəhrəmanlarımızın ruhu daim bizimlədir və bu zəfər onların bizə əmanətidir.

Zəfər Günümüz mübarək!


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol