Sosial şəbəkədə biz:

COP29-da Mişustin iştirak edəcək - Putin

Rusiya Prezidenti Vladimir Putin baş nazir Mixail Mişustinin Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak edəcəyini bildirib.

Bu barədə Kreml rəhbəri “Valday” diskussiya klubunun iclasında müzakirənin moderatoru Fyodor Lukyanovun müvafiq sualına cavabında deyib.

“Bu yaxınlarda orada (Azərbaycanda) idim. Rusiyanın iqlim sammitində yüksək səviyyədə təmsil olunacağı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə razılaşdıq. Bu tədbirdə hökumət başçısı Mixail Mişustin iştirak edəcək”, - deyə Putin bildirib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol