Sosial şəbəkədə biz:

Bakıda bu küçələr 3 gün bağlı olacaq - SİYAHI

Bakı şəhərində 11-13 noyabr tarixlərində keçirilən COP29 Liderlər Sammiti ilə əlaqədar olaraq bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edilir.

Bu məhdudiyyətlər aşağıdakı yolları əhatə edir:

• Hava limanı şosesi
• Heydər Əliyev prospekti
• Neftçilər prospekti
• Yusif Səfərov küçəsi
• Niyazi küçəsi
• İstiqlaliyyət küçəsi
• Lermontov küçəsi
• Mikayıl Hüseynov küçəsi
• Xaqani Rüstəmov küçəsi
• Teymur Elçin küçəsi
• Mehdi Hüseyn küçəsi

Bundan əlavə, 11-13 noyabr tarixlərində Bakı metropoliteninin stansiyaları sərnişinlərin istifadəsi üçün səhər saat 05:00-dan açıq olacaq. 

Sürücülərdən və şəhər sakinlərindən bu məhdudiyyətləri nəzərə alaraq, alternativ marşrutlardan istifadə etmələri və ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol