Sosial şəbəkədə biz:

Pensiya və əməkhaqqı artacaq - Sahil Babayev

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən növbəti ildə həyata keçiriləcək yeni sosial paket çərçivəsində minimum əməkhaqqı və pensiyalar artırılacaq.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Bununla bağlı təkliflər hazırlanıb. Müvafiq dövlət büdcəsində nəzərə alınıb. Dövlət büdcəsinin yekununda sonra elan ediləcək”, – nazir vurğulayıb.

Xatırladaq ki, daha əvvəl S. Babayev məşğulluğun qarşısında duran ən böyük çağırışlardan danışmışdı./Report


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol