Sosial şəbəkədə biz:

"Təhsildə 2014-2015-ci illərdə keçirilən islahatların nəticəsini indi görürük" - NAZİR

2014-2015-ci illərdə keçirilən islahatları nəticəsini indi görürük.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev COP29 zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, məktəbəqədər təhsilin keyfiyyətində əsaslı şəkildə artım müşahidə olunur:

"Məktəbəqədər təhsilin nəticəsini iki ilə görə bilmərik. Bunun nəticəsini 13 ildən sonra, yəni şagird doqquzuncu sinfi bitirəndə görmək olar. 2014-2015-ci illərdə keçirilən islahatların nəticəsini indi görürük".

Nazir qeyd edib ki, bir çox ixtisasların içində ətraf mühit təhsili ilə bağlı materiallar olmalıdır:

"İqlimlə bağlı ixtisasların içində olmalıdır. Bununla bağlı işlərimiz davam edəcək. Həm ətraf mühit təhsili, həm də bununla bağlı yaşıl peşələr nəzərdə tutulur”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol