Sosial şəbəkədə biz:

Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişməlidir? – AÇIQLAMA

Plastik əməliyyat, göz rənginin dəyişdirilməsi və digər estetik prosedurlar zamanı insanların xarici görünüşündə əhəmiyyətli dərəcədə dəyişiklik baş verir. Daha radikal və əhatəli əməliyyatlar zamanı isə demək olar ki, insanın əvvəlki görkəmindən əsər-əlamət qalmır. Üz cizgilərində və ya göz rəngində əməliyyat edən şəxslərin şəxsiyyət vəsiqəsində dəyişiklik üçün əsasa hesab edilib-edilməməsi bir çoxunda sual doğurur. 

Üstetik əməliyyatlar şəxsiyyət vəsiqəsində dəyişiklik zərurəti yaradırmı? Belə hallarda estetik əməliyyat olunmuş şəxs şəxsiyyət vəsiqəsini dəyişdirməlidirmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov bildirib ki, biometrik şəxsiyyət vəsiqəsinin göstəricilərinə əsasən, şəxsin üz quruluşunun və yaxud göz rənginin dəyişdirilməsi onun kimliyini müəyyən etməkdə maneə yaratmır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol