Sosial şəbəkədə biz:

Naxçıvan DSMF-nin hesabatlarının auditi aparılacaq

17 November 2024, 10:38
Gündəm

Naxçıvan Muxtar Respublikasının (MR) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2023-cü il üzrə maliyyə hesabatları yoxlanılacaq. 

Yoxlama kənar audit xidməti tərəfindən aparılacaq. 

Naxçıvan MR DSMF bununla bağlı satınalma müsabiqəsi keçirib. Müsabiqənin qalibi "SR Audit Solutions” şirkəti seçilib. 

Artıq tərəflər arasında satınalma müqaviləsi bağlanıb. Müqavilənin maliyyə dəyəri 47 000 manatdır.